Amerika Biləşmiş Ştatları Senatının xarici işlər komitəsinə senator Ceyms İnxofun təklif etdiyi qətnamə layihəsi daxil olub. Senator eks-baş nazir Yuliya Timoşenkonun həbsində əlaqəsi olan Ukrayna prezidenti Viktor Yanukoviçin və baş prokuror Viktor Pşonkın ABŞ-a gəlmələrinə qadağa qoyulmasını təklif edib.
Qəbul olunması nəzərdə tutulan sənəddə bildirilir ki, ABŞ Senatı prezident Yanukoviç administrasiyasının siyasi məqsədlərlə Timoşenkonun həbs etdirməsini pisləyir və hökuməti müxalifət liderinin dərhal azad olunmasına çağırır.
2013-cü ildə ATƏT-ə Ukrayna sədrlik etməlidir. Qətnamə layihəsində təşkilatın rəhbərliyindən sabiq baş nazir həbsdən azad olunmayanadək bu missiyanın Ukraynaya verilməməsi xahiş olunur.
Bundan başqa Dövlət Departamentindən ABŞ səfirinin Kiyevdən geri çağırılması və səfirliyin Ukraynada fəaliyyətinin dayandırılması təkidlə tələb edilir.
Sənədin son maddəsində NATO Timoşenko azadlığa çıxanadək Ukrayna ilə bütün sahələrdə əmkdaşlığı dayandırmağa çağırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB