Fransada aramsız yağışlar və güclü külək həyatı iflic halına salıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkənin Lorren regionundakı Nansi şəhərində və ətraf qəsəbələrində ağır vəziyyət yaranıb. Yağıntıların aramsız olaraq yağması çaylarda suyun səviyyəsinin xeyli qalxmasına səbəb olub. Güclü daşqınlar nəticəsində bir nəfər ölüb, 25 adam isə yaralanıb.Təbii fəlakət nəticəsində regionda yaranmış vəziyyəti aradan qaldırmaq üçün 200 yanğınsöndürən və çoxlu sayda texnika səfərbərliyə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB