Ermənistanı “SPİD” xəstəliyi bürüyür

Ermənistanı “SPİD” xəstəliyi bürüyür

Son 4 ildə Ermənistanda QİÇS xəstəliyinə yoluxanların sayı artıb. Bu barədə "Real dünya, real insanlar" ictimai təşkilatının rəhbəri Ovanes Madoyan erməni mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, yalnız bu ilin dörd ayında Ermənistanda 71 nəfər "SPİD"-ə yoluxub.


Madoyan vurğulayıb ki, ABŞ, Avropa və Latın Amerikasında bu xəstəliyə qarşı görülən tədbirlər nəticəsində QİÇS-ə yoluxanların azaldığı bir vaxtda Ermənistanda "SPİD" dayışıcılarının sayı aybaay artır.


Gender məsələləri üzrə mütəxəssis Anuş Akopyan isə bildirib ki, Ermənistanda bu xəstəliyin dayışıcısı olan 23 uşaq müvafiq müalicə kursları keçir.


Ümumiyyətlə isə, bu ölkənin rəsmi məlumatlarına əsasən, 1988-2012-ci illər ərzində Ermənistanda 1226 QİÇS xəstəsi qeydə alınıb ki, bunun da 182 nəfəri ötən 2011-ci ilin payına düşür. Yoluxma halları daha çox Yerevanda qeydə alınıb-492 nəfər. Sonrakı yeri isə Şirak vilayəti tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə