BMT Baş katibinin qolu sınıb
BMT-nin Baş katibi Pan Gi Mun diplomatlar komandası ilə futbol oynayarkən əlini sındırıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Pan Gi Munun mayın 12-də keçirilən yaz futbol turniri çərçivəsində BMT komandasının diplomatlarla oyunu zamanı yıxılması nəticəsində sol əlinin sümüyündə kiçik çat əmələ gəlib. Pan Gi Mun Nyu-York ştatında "Bel-Er" fermasında keçirilən turnirdə yıxıldıqdan sonra mayın 12-də axşamdan keçmiş travmatoloqa müraciət etməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə