Litva prezidenti klinikada Yuliya Timoşenko ilə görüşdü

Litva prezidenti klinikada Yuliya Timoşenko ilə görüşdü

Ukraynada səfərdə olan Litva prezidenti Dalya Qribayskayte 7 il həbs cəzası alan və hazırda Xarkov klinikasında müalicə olunan sabiq baş nazir Yuliya Timoşenko ilə görüşüb. "Ukrainskiye novosti" agentliyinə istinadən xəbər verir ki, prezident kortejini Timoşenkonun çoxsaylı tərəfdarları qarşılayıblar. Onlar əlləridə Ukrayna və ingilis dillərində "Batkivşina" partiyası sədrinin azad olunmasını əks etdirən plakatlar tutublar.


Dalya Qribayskayte bildirib ki, Ukraynanın Avropaya intiqrasiyası Kiyev rəsmilərinin eks-baş nazirə müalicəsinə uyğun aparılacaq. Prezidentin sözlərinə görə, Timoşenkonun koloniyadan xəstəxanaya gətirilməsi Ukrayna hökumətinin yalnız ilk "addımı" sayılır. Xanım Qribayskayte hazırda Ukraynaya inam məsələsinin gündəmdə olduğunu deyib: "Hər şey Ukraynanın situasiyanı düzəltməsindən asılıdr. Ukraynanın Avropaya yaxınlaşması və ya özünütəcriddən çıxması rəsmi Kiyevin atacağı addımdan asılıdır".168.az

Bütün xəbərlər Facebook səhifəmizdə