Ermənistan ordusunda özünəqəsd halları artıb

Ermənistan ordusunda özünəqəsd halları artıb

Ermənilər bir birlərini öldürməyə davam edirlər. Bunu erməni mətbuatı yazıb. Məlumata görə, Ermənistanın hərbi hissələrindən birində hərbçi ilə bağlı insident baş verib.


Samvel Avetisyan adlı hərbçi öz avtomatı ilə boğazına atəş açıb. Lakin erməni hərbçi xəstəxanaya çatdırılıb. Bəzi məlumatlara görə, adıçəkilən şəxsi başqa bir adam güllələyib. Erməni ordusunda özünə qəsd halları tez-tez olduğu üçün bu versiya ehtimal kimi səsləndirilir.


İkinci insident isə erməni işğalı altında olan Xankəndində baş verib. Fiziki hazırlıq keçən erməni əsgər Qor Martirosyan elə idman edən zaman ölüb.


Əsgərin ölüm faktı təsdiqlənsə də, erməni rəsmiləri ölümün səbəbini açıqlamaqdan yayınırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə