Daşkənddə məhbusların qiyamı silah gücünə yatırıldı

Daşkənddə məhbusların qiyamı silah gücünə yatırıldı

Özbəkistanın paytaxtında dustaqlar etap olunarkən qiyam qaldırıblar. "Fərqanə"agentliyi xəbər verir ki, Daşkəndin Yakkasaray rayonunda avtomat silahların səsləri eşidilib. Polis yaxınlıqdakı körpü olan ərazini əhatəyə alıb. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, dəmiryolunun platformasında çoxlu cəsəd görmək mümkündür: "Kimsə qaçırdı, daha sonra yenə atışma. Məhbuslar yerə uzanmışdı. Sonra BTR gəldi və vaqonlara güllə atırdı", deyə mənbə bildirib.


Güc strukturundakı adının çəkilməsini istəməyən mənbə isə agentliyə deyib ki, dustaqlar bir neçə vaqonu ələ keçirdikdən sonra qatara tam nəzarət ediblər.


Qiyam silah gücünə yatırılıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Bu fotoda yalnız bir neçə nəfərin öldürüldüyü görünür.


Özbəkistanın müvafiq qurumları isə hələlik olay barədə rəsmi açıqlama vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə