İki “Boeing-767” bir-birilə toqquşdu

Con Kennedi adına Nyu-York aeroportunda iki "Boeing-767" təyyarəsi toqquşub. ABS telekanalına istinadən xəbər verilir ki, "Delta" aviaşirkətinə məxsus hər iki sərnişin təyyarəsi ciddi zədələnib.


Məlumata görə, təyyarənin biri boş olsa da, İstanbula uçmağa hazırlaşan digərində 193 sərnişin və 11 heyət üzvü olub. "Boeing"lərin biri dayanacağa aparılarkən digəri uçuş zolağına çıxmağa hazırlaşıb.


Amma boş təyyarə qanadıyla digərinin quyruq hissəsinə toxunub. Nəticədə birinci "Boeing"in qanadında çat əmələ gəlib. İkincisində isə sabitləşdirici zədələnib. Təyyarədə olan sərnişinlərdən biri hadisəni lentə ala bilib.


İki saat gecikmədən sonra "Boeing-767" İstanbula uçuş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə