Avropa Birliyi Ukraynaya qarşı

Avropanın aparıcı mətbu orqanları Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının boykot edilməsi barədə Avropa Birliyi Komissiyasının qərarını yayıb. SİA-nın məlumatına görə, belə sərt qərara ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanada pis rəftara məruz qalması səbəb olub.


Komissiyanın Kiyevdə olan nümayəndəsi Ukrayna prezidenti Viktor Yanukoviçin yürütdüyü siyasətə etiraz etdiklərini bildirib. Boykot qərarına qurumun 27 üzvü imza atıb. Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Ukrayna ilə yanaşı, Polşada da təşkil olunacaq. Oyunlar 2 ölkənin hərəyə 4 şəhərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə