Yeraltı təkanlar Kütahya şəhəri yaxınlığında qeydə alınıb
Türkiyənin Kütahya şəhərində Rixter cədvəli ilə 5.1 bal gücündə zəlzələ baş verib. Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan verilən məlumata görə, zəlzələnin episentri Tokat kəndində 3 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilsə də, əhali həyəcanlı anlar yaşayıb. Bölgənin bələdiyyə rəhbəri Yüksəl Ünal insan tələfatının olmadığını, lakin bəzi köhnə binalarda çatların əmələ gəldiyini qeyd edib.
Məlumata görə, təkanlar İzmir, Manisa və Uşaq şəhərlərində də hiss edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə