Sarkozinin seçki kampaniyasında "erməni kartı"

Sarkozinin seçki kampaniyasında "erməni kartı"

Fransa prezidenti Nikola Sarkozi ölkə ermənilərinə yalvarmağına ara vermir. O, prezident seçkisinin ikinci turunun keçirilməsinə üç gün qalmış yenidən "erməni kartı"ndan yararlanmaq yolu tutur. Maraqlıdır ki, Ermənistan daxilində də Sarkozinin erməniləri alətə çevirdiyinə dair fikirlər səslənməkdədir. Amma görünür, dövlət başçısı yenə də nəyəsə ümid edir. Buna görə də ölkənin erməni təşkilatlarının koordinasiya şurasına müraciət ünvanlayaraq "erməni soyqırımı"nı dananların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan yeni qanun layihəsindən bəhs söhbət açıb.


168.az xarici mediaya istinadən xəbər verir ki, Sarkozi məktubunda ermənilərin həmişə Fransanın sadiq uşaqlarından olduğunu deyib. O, aprelin 24-də ölkədə "erməni soyqırımı"nın anımı münasibətilə keçirilən mərasimdən bəhs edərək həmin gün verdiyi sözü yenidən xatırladığını vurğulayıb.


Qeyd edək ki, Fransada prezident seçkisinin ikinci turu mayın 6-da baş tutacaq. İlk turdan sonra Sarkozinin Sosialist Partiyasından olan lideri Fransua Olland öndədir.


Onu da deyək ki, Olland da ermənilərə şirin vədlər verməsi ilə yadda qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə