ABŞ prezidenti qəfildən Əfqanıstanda peyda olub

ABŞ prezidenti qəfildən Əfqanıstanda peyda olub

ABŞ prezidenti Barak Obama Əfqanıstana səfər edib. Bu barədə məlumatı BBC yaysa da səfərin reallaşacağı ilə bağlı xəbəri məhdud kontingent bilib.


Birləşmiş Ştatların dövlət başçısının ölkəyə səfəri barədə əvvəlcədən elan edilməyib. Gözlənilir ki, Obama və onun əfqanıstanlı həmkarı Həmid Kərzayi strateji əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Sənədin 2014-cü ildə ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Kabulla Vaşinqton arasındakı münasibətlərə həsr olunduğu bildirilir.


Maraqlıdır ki, B.Obamanın Əfqanıstana səfəri terrorçu Bin Ladenin Amerika əsgərləri tərəfindən öldürülməsinin bir illiyinə təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə