"Mediapart" saytı Sarkozi ilə məhkəməyə hazır olduğunu bildirib

"Mediapart" saytı Sarkozi ilə məhkəməyə hazır olduğunu bildirib

"Mediapart" saytı Sarkozi ilə məhkəməyə hazır olduğunu bildirib. "Mediapart" xəbər internet portalının rəhbərliyi keçmiş Liviya lideri Müəmmər Qəddafinin Sarkozinin prezident kampaniyasına sponsorluq etməsi ilə bağlı dərc etdiyi xəbərə görə Fransa Prezidenti Nikola Sarkozi ilə məhkəmə çəkişməsinə hazırdır.


Bazar ertəsi Sarkozi bəyan edib ki, "Mediapart" saytını məhkəməyə vermək niyyətindədir. O, portalda dərc olunmuş materialı saxta, şirkətin özünü isə qeyri-peşəkar adlandırıb.


"Mediapart" tərəfindən dərc edilmiş sənədlərin məzmununu təkzib etmək, hələ son vaxtlar Nikola Sarkozi və diktator Müəmmar Qəddafinin ətrafının maliyyə əlaqələrini sübuta yetirən çoxsaylı sənəd və şübhələri aradan qaldırmaq demək deyil", - portalın direktoru Edvi Plenel bildirib./salamnews


Onun sözlərinə görə, "Mediapart" "sakit şəkildə prosesin başlamasını gözləyir" və sərəncamında olan sənədləri məhkəməyə təqdim etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə