Liviyanın sabiq neft naziri öldürülüb

Liviyanın sabiq neft naziri öldürülüb
Liviyanın sabiq neft naziri Şükrü Ğənim öldürülüb. Avstriya polisinin verdiyi məlumata görə, onun meyidi Dunay çayının Vyana sahillərində tapılıb. Polis ekspertiza zamanı onun üzərində heç bir zorakılıq izinə rast gəlməyib. Lakin müayinə zamanı onun üzərində çalışdığı şirkətin sənədlərinin olduğu qeyd edilir. Sabiq baş nazirin ölüm səbəbi isə meyidin yarılmasından sonra məlum olacaq. Onu da qeyd edək ki, Ğənim Liviyada 2011-ci ilə kimi ölkənin neft naziri, ondan əvvəl isı baş nazir vəzifəsində çalışıb. O, Liviyda iğtişaşların baş qaldırması zamanı vəzifəsini və ölkəsini tərk edərək Avstriyaya gedib. Ölkəni tərk edən zaman isə o, sabiq Liviya lideri Müəmmər Qəddafiyə qarşı çıxan üsyançılara dəstək olacağını da elan edib

Bütün xəbərlər Facebook səhifəmizdə