Dnepropetrovsk şəhərində 20-dən artıq adamın xəsarət aldığı partlayışı şərh edən Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Vladimir Rokitskiy nəticə çıxarmağın erkən olduğunu deyib. SİA-nın \"BBC\" yə istinadən verdiyi xəbərə görə, Vladimir Rokitskiy \"İnter\" televiziya kanalının efirində siyasətçiləri "onsuzda xatanı hiss edən əhali arasında ehtirasları artırmamağa" səsləyib. "Xalqın belə vəziyyətindən istifadə etmək lazım deyil".
Müxalif "Batkivşina" partiyasının nümayəndəsi Aleksandr Turçinov isə olayın arxasında hakimiyyətin durduğunu bildirərək "xalqı kütləvi etiraz aksiyalardan" çəkindirmək istəyən qüvvələri ittiham edib: "Artıq hakimiyyətin partlayışlara tam məsuliyyət daşıdığını demək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB