Yəhudilər məscidə İsrail bayrağı asdı

Yəhudilər məscidə İsrail bayrağı asdı

Rəsmilər bu addımı təxribat kimi qiymətləndirir


İordan çayının Qərb sahilində bir qrup yəhudi Əl Xəlil şəhərinin ən qədim məbədlərindən olan "İbrahim" məscidinə (Hebron İbrahim) İsrail bayrağı asıb. "Alquds" saytına açıqlama verən Əl Xəlil şəhəri vəqflər idarəsinin rəhbəri Zeyd əl Cabiri bunun təxribat olduğunu deyib: "Müsəlmanların ən müqəddəs məbədlərindən biri olan "İbrahim" məscidinə İsrail bayrağı asıblar. Müsəlmanlar üçün böyük dini əhəmiyyəti olan məscidə İsrail bayrağı asmaq bölgədə insanları təxribata çəkmək məqsədi daşıyır".


Qeyd edək ki, fevralda İsrail təhlükəsizlik qüvvələrinin cümə namazı vaxtı "Məscidi Əqsa"ya hücumu nəticəsində bir nəfəri türk olan 10 nəfər xəsarət almışdı.


Xatırladaq ki, Əl Xəlil şəhərindəki "İbrahim" məscidi müsəlmanlar üçün Məkkədəki "Məscidi Haram" və Mədinədəki "Məscidi Nəbəvi"dən sonra müqəddəs qəbul edilən məkanlardandır.

Bütün xəbərlər Facebook səhifəmizdə