Rusiyanın Dövlət Dumasında gözləyirlər ki, ölkənin baş naziri postuna namizədi yeni seçilmiş prezident Vladimir Putin təqdim edəcək. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Xəbər verilir ki, aprelin 26-da Dumada keçirilən iclasdan sonra qurumun birinci vitse-spikeri Aleksandr Jukov məsələ ilə bağlı əlavə toplantının mayın 8-də baş tutacağını söyləyib. "Son illərin təcrübəsi belədir ki, prezident özü hökumətin başçısının namizədliyini irəli sürür".
Qeyd edək ki, Rusiyada baş nazir postuna namizədlik məsələsi mayın 7-8-də Dövlət Dumasının ayrı-ayrı fraksiyalarının təmsilçiləri ilə də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB