Çernobıl iştirakçıları baş nazirin istefasını tələb etdi

Çernobıl iştirakçıları baş nazirin istefasını tələb etdi

Çernobıl qəzasında ziyan çəkmiş ukraynlılar hadisənin 26-cı ildönümü günü Kiyevdə Ali Radanın qarşısında mitinq keçiriblər. "İnterfaks-Ukraina" agentliyi xəbər verir ki, aksiyada iştirak edən minədək adam pensiyalarının tam ödənilməsini və baş nazir Nikolay Azarovun istefasını tələb ediblər.


"Gazeta.ua"nın məlumatına görə isə, mitinqə qoşulanların sayı 10 min nəfərə çatmalıdır. Çernobıl iştirakçılarının bayraqlarında və plakatlarında "Hakimiyyət, sənin günahın ucbatından 18 yaşlı əsgər əlil oldu!", "Pensiyalarımızı qaytarın!" şüarları yazılıb. Qadınların əllərindəki plakatlarda isə qəzada həlak olanların fotoları, ad və familiyaları əks olunub.


Qeyd edək ki, bu mitinq ötən payızdan Ukraynanın iri şəhərlərində keçirilən aksiyaların davamı kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə