Departamentin rəsmisi casusların seks-qalmaqalına münasibətini bildirdi
Kolumbiyada ABŞ gizli xidmət əməkdaşlarının fahişələrlə yaranmış seks-qalmaqalına Pentaqonun rəhbəri Leon Panetta da münasibətini bildirib. "İTAR-TASS" xəbər verir ki, məlumatı təsdiqləyən Panetta deyib ki, insidentdə 3 casus və səfirliyin 1 əməkdaşı iştirak edib. Onlar fahişəni maşından tullayıblar və nəticədə qadın sınıq xəsarətləri alıb.
ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland da ənənəvi keçirdiyi brifinqdə bildirib ki, məsələ heç də təqdim olduğu kimi deyil: "Bizdə olan məlumata görə, səfirliyin əməkdaşı da daxil olmaqla 4 nəfər gecə barını tərk edərkən oradakı qadın qapını açarkən insidentə cəlb olunub. Daha sonra isə o, hərəkətdə olan avtomobilə minməyə cəhd edib və yıxılaraq xəsarət alıb".
Nulandın sözlərinə görə, insidentlə əlaqədar departament xüsusi araşdırma aparıb və lazımi tədbirlər görüb. Amma DD rəsmisi siyasətlərinə uyğun bu tədbirlərin nədən ibarət olduğunu açıqlamayaıb.
Xatırladaq ki, əvvəllər verilən məlumata əsasən, Kolumbiyada fahişələrlə yaranmış seks-qalmaqalına görə ABŞ gizli xidmətinin 8 əməkdaşının istefaya göndərildiyi bildirilirdi.
Məlumatlara görə, aprelin ortalarında Kolumbiyada keçiriləcək Amerik sammitə hazırlıq çərçivəsində gizli xidmətin casusları Obamanın qalacağı Kartaxen şəhərindəki otelə fahişələri dəvət ediblər.
Qalmaqal isə fahişələrin birinə pulunun ödənilməməsi səbəbindən yaranmışdı. Senator Syüzan Kollinz bildirmişdi ki, casuslar otelə 20-dək fahişə dəvət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB