Amerika Birləşmiş Ştatlarının hərbi-kosmos kəşfiyyatı idarəsinə ilk dəfə qadın rəhbərlik edəcək. Betti Sepp bu vəzifədə təşkilata 2009-cu ildən başçılıq edən general Bryüs Karlsonu əvəzləyib.
Betti Sepp karyerasına ABŞ Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışmaqla başlayıb. 1997-ci ildə o, Mərkəzi Kəşfiyyat İdarəsinə qəbul edilib.
2005-ci ildə hərbi-kosmos kəşfiyyatı idarəsi rəisinin biznes-plan və əməliyyat üzrə müavini, 2009-cu ildən isə birinci müavini vəzifələrində işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB