Kolumbiyada fahişələrlə yaranmış seks-qalmaqalına görə ABŞ gizli xidmətinin daha iki əməkdaşı istefaya göndərilib. "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu işdə şübhəli bilinən iki nəfərin üzərindən isə ittihamlar götürülüb.
Beləliklə də, vəzifəsindən kənarlaşdırılan casusların sayı 8 nəfərə çatıb.
Xatırladaq ki, aprelin ortalarında Kolumbiyada keçiriləcək Amerik sammitə hazırlıq çərçivəsində gizli xidmətin casusları Obamanın qalacağı Kartaxen şəhərindəki otelə fahişələri dəvət ediblər.
Qalmaqal isə fahişələrin birinə pulunun ödənilməməsi səbəbindən yaranmışdı. Senator Syüzan Kollinzin məlumatına görə isə, casuslar otelə 20-dək fahişə dəvət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB