Bir aydan sonra Suriyada hərbi müşahidəçilərin sayı 100 nəfərə çatacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasının sədri, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Syuzan Rays bildirib.
Hazırda Suriyada BMT-nin 11 silahsız hərbi müşahidəçiləri yerləşdirilib ki, onlardan da 2-si Xoms, 2-si isə Xamadadır. Bildirilib ki, əsas hərbi müşahidəçi işə bu həftənin sonu başlayacaq. Bununla da BMT-nin Suriyada vəziyyəti müşahidə etməklə bağlı missiyası tam işə başlayacaq. Proqnozlara görə, aprelin 30-na kimi Suriyada 30 müşahidəçi olacaq, bir aya kimi isə onların sayı 100-ə çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB