"SOS siqnalı aldıq. Radarlardan itdi"

"SOS siqnalı aldıq. Radarlardan itdi"

İçərisində Sarkozinin olduğu deyilən təyyarə barədə: "SOS siqnalı aldıq. Radarlardan itdi"

Fransa Polineziyasındakı Taiti hava limanının saytında Fransanı şoka salan məlumat yer alıb. Məlumatda bildirilir ki, ölkə prezidenti Nikola Sarkozi təyyarə qəzası zamanı dünyasını dəyişib.


İTAR-TASS-a istinadən xəbər verilir ki, hava limanının veb-səhifəsi haker hücumuna məruz qalıb və orada qrammatik və orfoqrafik səhvlərlə içərisində Fransanın dövlət başçısı da olan şəxsi təyyarənin qəzaya uğradığına dair məlumat yerləşdirilib. "Biz indicə içərisində Nikola Sarkozi olan şəxsi təyyarəni itirdik. Təyyarə yerə enməsinə 10 dəqiqə qalmış güclü hava cərəyanına düşüb və biz SOS siqnalı aldıq. Radarlardan itdi… Təyyarənin qalıqları Bora-bora adasında tapılıb. Hazırda biz onun "qara qutu"sunu axtarmağa çalışırıq ki, nə baş verdiyini aydınlaşdıraq", - deyə bildirilib.


Fransa telekanallarının məlumatlarına görə, bir neçə saatdan sonra bu yazı Taiti hava limanının saytından götürülüb və orada "hörmətli müştərilər, hörmətli partnoyrlar. Çox sağ olun ki, Taiti hava limanının veb-səhifəsi ilə tanış oldunuz" fikirləri yer alıb. Ehtimal edilir ki, sistemə daxil olan haker hərəkəti ilə veb-səhifənin yaxşı qorunmadığını göstərmək istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə