Almaniyanın Saksoniya vilayətində sovet lideri Leninin sonuncu abidəsini yığışdırmaq istəyirlər. Bu barədə yerli "Bild" qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, heykəl vilayətə daxil olan Leypsiqdən 70 kilometr uzaqlıqda yerləşən Riza şəhərindədir. Onun sökülməsi ilə bağlı təkliflər isə yerli muzeylərin təmsilçilərindən gəlib. Hazırda şəhərin meri Herti Tepfer bu tələblərin yerinə yetirilməsinin hüquqi cəhətdən mümkün olub-olmadığını araşdırır.
Xəbərdə deyilir ki, Saksoniya muzeyləri fondunun sədri Ziqfrid Rayprixin sözlərinə görə, Leninin heykəlini onun ideologiyasının milyonlarla insanın ölümünə gətirdiyi üçün məhv etmək lazımdır: "Lenin XX əsrdə ilk diktatura quruluşunun müəllifidir. O, vətəndaş müharibəsindəki terrorlara görə müqəssirdir. Buna görə də heykəlinə demokratik ölkədə yer ola bilməz".
Qeyd edək ki, Riza şəhər şurası Leninin heykəlini hələ 1991-ci ildə götürmək istəyib və abidəni yerindən tərpədib. Həmin vaxt bu addım şəhərin mərkəzində aparılan yenidənqurma işləri ilə əsaslandırılıb. SSRİ əsgərlərinin qəbirstanlığına aparılan Lenin yerinə qaytarılmayıb. İndi isə rizalılar onu tamamilə məhv etmək fikrindədirlər. Amma məsələdə bir balaca problem var. Çünki beynəlxalq sazişlərə əsasən Almaniya hakimiyyəti SSRİ hərbi qəbirlərini saxlamalıdır. İndi hökumətin qarşısında duran başlıca vəzifə isə Leninin heykəlinin hərbi qəbirstanlığın tərkib hissəsi olmadığını isbatlamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB