Şimali Koreyanın hərbi qüvvələri bu gün Cənubi Koreya liderinə qarşı tezliklə xüsusi əməliyyatlara başlayacaqlarını açıqlayıb. "Agence France Presse"-in verdiyi xəbərə görə, Cənubi Koreyanın prezidenti Li Myanq Bak-ı keçmiş Pxenyan liderlərini təhqir etməkdə günahlandıran kommunist ölkənin rəsmilərinin bəyanatı rəsmi mətbuat orqanları tərəfindən yayımlanıb.
Bəyanatda xüsusi əməliyyatların hədəfinin əsas düşmən olan Cənubi Koreya lideri Li Myanq Bak və mühafizəkar media da daxil olmaqla, onun tərəfdarları olacağı bildirilib.
Şimali Koreya bundan əvvəl də cənublu lider Lini kəskin şəkildə tənqid edib, ölkəsini "müqəddəs müharibə" ilə hədələsə də, indiyə kimi heç bir insident qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB