Vulkan Meksikanı oyatdı
Meksikada bir neçə gündür ki, fəallaşan Popokatepetl vulkanı bölgə əhalisinin narahatlığına səbəb olur. SİA-nın verdiyi xəbərə görə, rəsmilər ötən gün təhlükənin hər gün bir az daha artdığını, həyəcan siqnalının 3-cü dərəcəli sarı siqnala keçdiyini bildiriblər.
Qeyd edək ki, bu siqnal vulkan püskürməsindən əvvəl ən son hədd sayılır. Artıq bir neçə gündür ki, vulkanın kraterində kiçik partlayışlar və püskürmələr qeydə alınıb. Bununla belə yaxınlıqda yerləşən məskunlara evakuasiya ilə bağlı xəbərdarlıq edilməyib.

Onu da qeyd edək ki, vulkan paytaxt Mexikodan 80 kilometr məsafədə Puebla əyalətinində yerləşir və seysmik cəhətdən fəal vulkan sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə