Obamadan yeni istefa əmri
Kolumbiyada ABŞ prezidentinin mühafizəsini təşkil edərkən fahişə xidmətindən istifadə etməkdə təqsirləndirilən ABŞ-ın Məxfi Xidmətinin daha 3 əməkdaşı istefaya göndərilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda xidmətin 6 əməkdaşı istefaya göndərilib, 12 əməkdaş daxili istintaqa cəlb olunub. Baş verən qalmaqalla bağlı bəzi təfərrüatlar üzə çıxmaqdadır. Bildirilir ki, Amerika nümayəndə heyətinin qaldığı mehmanxanada mühafizəçilərlə Pentaqon əməkdaşlarını 20-dək sifarişlə işləyən qadın əyləndirib. Bu barədə məlumatların mətbuata sızmasından sonra prezidentin mühafizəsi ilə məşğul olan Məxfi Xidmət araşdırmaya başlayaraq işlə əlaqəli bir neçə əməkldaşı icbari məzuniyyətə göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə