Fransada prezident seçkiləri öncəsi hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Paytaxt Parisdə baş tutan aksiyaya yüzlərlə etirazçı qatılıb. Aksiya iştrakçıları hökumət əleyhinə şuarlar səsləndiriblər və ölkədə həyat səviyyəsinin aşağı düşməsindən – işsizlik və ədalətsizlikdən şikayətləniblər.
"Nikola Sarkozi hakimiyyətə gəlməzdən əvvəl çörəyin qiyməti 2 frank idi, indi isə, çörək altı frankdır. Əhali bu pulu ödəyə bilmir", - deyə etirazçılardan biri sözlərini ifadə edib. Onu da qeyd edək ki, bu gün Fransa da prezident seçkilərinə start verilib.
Dövlət rəhbəri vəzifəsi uğrunda mübarizə aparan namizədlər arasında hazırkı iqtidar "Xalq hərakatı naminə birlik" partiyasının lideri Nikola Sarkozi və "Sosialist" partiyasından Fransua Oland ən iddialı namizəd kimi göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB