"Ermənistanda hakimiyyət dəyişikliyinə məhz qərb imkan vermir". Ermənistanın birinci prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan bunu deyib. Onun sözlərinə görə, qərbə Ermənistanda zəif hakimiyyətin olması sərf edir, çünki bu hakimiyyəti idarə etmək və almaq çox asandır.
"Hansı hakimiyyət qondarma erməni soyqırımını araşdırılması üçün birgə tarixçilər komissiyası yaratmağa razılıq verərdi. Sarkisyan bu razılığı hələ 2007-ci ildə verib, bu haqda "Wikileaks" sənədlərində də var, hamımız da bunu görmüşük. Seçkiqabağı Sarkisyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin Madird prinsipləri əsasında həll ediləcəyinə dair də vəd vermişdi. Bu sənədlərin nədən ibarət olduğunu yaxşı bilirsiniz. Bu o sənədlərdir ki, xarici təzyiqlərə baxmayaraq mən 1996-cı ildə onlara veto qoydum",- deyə Ter-Petrosyan əlavə edb. 2008-ci illə müqayisədə bu il bölgələrdə müxalifət ilə görüşənlərin sayının azalmasına toxunan eks-prezident deyib ki, bunun səbəbi qorxu mühiti deyil, mühacirətdir: "Bu qorxudan belə deyil, 2008-ci ldə daha çox qorxurdular. Son dörd ildə aktiv əhalinin böyük hissəsi Ermənistanı tərk edib".
O xüsusi olaraq qeyd edib ki, bugünki gündə hakimiyyət seçicilərə 5-10 min dram həcmində rüşvət verir. Lakin özləri isə xalqdan 5 milyard dollar oğurlayırlar: "Prezidentdən başlayaraq, nazirlər və vilayət administrasiyası rəhbərlərinə kimi – hamısı oğru və quldurlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB