Breyvik məhkəmə qarşısında

Ötən il Norveçdə bomba partlayışı və silahlı hücum törədərək 77 adamı öldürmüş Andres Breyvik Osloda məhkəmə qarşısına çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, hakimiyyətdə olan Leyboristlər partiyasının gənclər üçün Utoeya adasında təşkil etdiyi yay düşərgəsinə silahlı hücum etmişdi. Bundan öncə isə, elə həmin gün paytaxtda avtomobilə yerləşdirdiyi bomba ilə partlayış törətmişdi.


Breyvik məhkəməni tanımadığını deyib və bunu məhkəmənin "çoxmədəniliyi müdafiə edən siyasi partiyalardan asılı olması" ilə izah edib. O, insanları öldürdüyünü etiraf etsə də, bunun üçün cinayət məsuliyyəti daşımadığını deyir.


Əgər məhkəmə onun ruhi xəstə olduğuna dair hökm verərsə, Breivik psixiatrik xəstəxanaya aparılacaq. Ancaq hakimlər onun əqlən sabit olduğunu desələr, o zaman müqəssir həbsə alınacaq.


Həbsə alınarsa, Breiviki 21 il həbs cəzası gözləyir. Daha sonra isə bu cəza ömürlük həbsədək uzadıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə