Fransa Prezidenti Nikolas Sarkozy Fukuşima nüvə elektrik stansiyasında heç zaman olmadığını etiraf edib. Baxmayaraq kı, Nikolas Sarkozy ötən cümə günü Normandiyada seçkiqabağı çıxışı zamanı Yaponiyanın ekologiya naziri ilə Fukuşima stansiyasına da baş çəkdiyini bildirimişdi.
Lakin Nikiolas Sarkozynin prezidentlik üçün aparılan seçki kampaniyasında rəqibi Fransois Hollande Sarkozynin qəza baş vermiş reaktora baş çəkdiyi barədə bəyanatını yoxlamaq qərarına gəlib. Nikolas Sarkozy isə etiraf edib ki, o, stansiyaya baş çəkməyib.
"Mən mühəndis deyiləm, Fukuşimadakı vəziyyətə burnumu soxmağa ehtiyac yoxdur", - Nikolas Sarkozy "İ-tele" telekanalına müsahibəsində deyib.
Lakin prezidentliyə sosialist namizəd Hollande apardığı araşdırmalara əsaslanaraq bildirib ki, "Sarkozy Fukuşima stansiyasında heç zaman olmayıb. Respublika tarixində ilk dəfədir ki, prezidentliyə namizəd heç vaxt etmədiyi səfər barədə güya baş vermiş hadisə kimi danışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB