Gürcüstan özünün ilk pilotsuz təyyarələrinii sınaqdan keçirib

Gürcüstan özünün ilk pilotsuz təyyarələrinii sınaqdan keçirib
Gürcüstanda yerli istehsal olan ilk pilotsuz təyyarələr sınaq uçuşu ilə təqdim edilib. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, 8 saat ərzində havada qala bilən yerli pilotsuz təyyarələr yerdən 3000 metr yüksəkliyə qədər qalxmaq və saatda 160 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Pilotsuz təyyarələrin içində yerə eniş zamanı zərbənin təsirindən yarana biləcək zədələrin qarşısını almaq üçün hava yastığı və paraşüt sistemi də var.

Sınaq uçuşuna tamaşa edənlər arasında Gürcüstan prezidenti Mixail Saakaşvili də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə