Çinin demoqrafik siyasəti - "yüz ölçmək, bir biçmək"

Çinin demoqrafik siyasəti - "yüz ölçmək, bir biçmək"

Ölkə ailələrində ikinci uşağın doğulmasına hansı şərtlərlə icazə verilir?


Çin Xalq Respublikası tərəfindən həyata keçirilən uşaq doğumunun planlaşdırılması siyasəti 2015-ci ilədək ölkə əhalisinin sayının 1,39 milyard civarında sabitləşməsini təmin edəcək. Bu barədə müddəa Xalq Respublikası hökumətinin 2011-2015-ci illərə aid fəaliyyət planında yer alıb.


Rəsmi rəqəmlərə görə, ötən ilin sonunda ÇXR-in əhalisi 1,34 milyarda çatıb. Hökumət demoqrafik göstəricilərin aşağı düşəcəyini bildirərək buna ölkədə uşaq dünyaya gətirmək imkanına malik qadınların azalması ilə izah verib.


Ölkədə yaşlıların sayı da artacaq ki, bu, ötən əsrin 50-ci illəri ilə bağlı "beybi-bum" mərhələsində doğulanların artıq təqaüdə çıxmalarının nəticəsidir. Ölkənin əmək qabiliyyətli əhalisinin sayında isə əvvəl güclü artım, sonra ciddi azalma müşahidə ediləcək.


Qeyd edək ki, hazırda Çinin bir çox yerlərində bir uşaqlı siyasət kursu həyata keçirilir. İkinci övladın, özü də qız uşağının doğulmasına ailə kənd təsərrüfatı ilə məşğul olursa, yol verilir. Eyni zamanda əgər ər və arvad öz ailələrinin tək övladlarıdırlarsa, belə vəziyyətdə də ikinci uşağın dünyaya gətirilməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə