Rusiya Lev Kaçinskinin qəzaya uğradığı təyyarənin hissələrini Varşavaya təhvil verməyə hazırdır
Rusiya tərəfi Smolensk səmasında qəzaya uğramış və içində mərhum Polşa prezidenti Lev Kaçinskinin olduğu Tu -154 təyyarəsinin hissələrini Varşavaya təhvil verməklə bağlı texniki razılaşma proseduruna başlamağa hazırdır. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bunu bildirib. Vladimir Markinin sözlərinə görə, bu məsələyə dair yekun qərar Rusiyada qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra veriləcək.
İstintaq komitəsində faciə faktı üzrə qaldırılmış cinayət işinin araşdırılması isə davam etdirilir. Vladimir Markin bildirib ki, bu iş üzrə 500-dən çox şahid dindirilib, 1500-dən çox obyekt və sənədə baxılıb, 328 məhkəmə ekspertizası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB