“Əgər Obama görsə ki, İran onu duelə çağırır...”

“Əgər Obama görsə ki, İran onu duelə çağırır...”

İsrail dairələri Tehranın nüvə proqramında dəyişiklik etmək istəməməsindən sevincək olublar


İranın nüvə proqramında dəyişiklik etmək istəməməsi yəhudi dairələrini sevindirib. Bunu təsdiqləyən materialları İsrail mətbuatı yayıb. Konkret olaraq ölkənin aparıcı media orqanlarından sayılan "Yediot Axronot" nəşri onlara əsaslanaraq bildirib ki, rəsmi Tehranın Avropa diplomatları tərəfindən irəli sürülən həmin təklifə razılıq verməməsi ABŞ-ın ölkəyə qarşı təzyiqlərini gücləndirəcək. Qəzetin yazdığına görə, İran münaqişənin aradan qaldırılması üçün reallaşdırılan işləri heçə endirməklə məşğuldur: "Əgər Obama görsə ki, İran onu duelə çağırır, o zaman yeni sanksiyalar irəli sürmək məcburiyyətində qalacaq".


Qeyd edək ki, rəsmi Tehran bəzi yeraltı nüvə zavodlarını bağlamaqdan və uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyini bildirib. İran rəsmilərinin sözlərinə görə, avropalı diplomatların irəli sürdükləri təkliflər qeyri-realdır.


Onu da deyək ki, İranın nüvə proqramı ətrafında danışıqların növbəti raundu bu həftə Türkiyədə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə