Rəsmi Tehrana müxalif olan İran Xalq Mücahidlərinə (İXM) hazırlıqlar ABŞ-ın Nevada ştatında keçirilib. Bu barədə Birləşmiş Ştatların "The New Yorker" jurnalı yüksək çinli keçmiş kəşfiyyat orqanının əməkdaşına istinadən məqalə dərc edib.
Nəşrin məlumatına görə, döyüşçülərə təlimlərin 2005-ci ildən başlayaraq, Barak Obama prezident səlahiyyətlərinin icrasınadək - 2009-cu il yanvarın 20-dək keçirildiyi bildirilir.
Hazırlıqlar gediş-gəlişin ciddi qadağan olunduğu ərazidə, nüvə sınağının energetikləri üçün nəzərdə tutulan yerdə keçirilib.
Qeyd edək ki, İXM 1979-cu il İslam inqilabını əvvəllər dəstəkləsə də, sonradan hakimiyyət orqanları ilə aralarında ziddiyyət yarandığndan münasibətlər gərginləşmişdi.
Hazırda bu hərəkat ABŞ-da və İranda terror qrupu kimi tanınıb. Buna baxmayaraq, 2009-cu ildə Avropa Birliyi İran Xalq Mücahidlərini terror siyahısından çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB