Ərdoğan 27 ildən sonra Çinə gələn ilk türkiyəli baş nazirdir

Ərdoğan  27 ildən sonra Çinə gələn ilk türkiyəli  baş nazirdir

27 illik fasilədən sonra Çinə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pekində çinli həmkarı Vin Ciabao tərəfindən qarşılanıb. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə iki il əvvəl Türkiyəyə rəsmi səfərə gəldiyini və çox yüksək səviyyədə qarşılandığını qeyd edən Vin Ciabao, Ərdoğanın Pekindən öncə Sincanı ziyarət etdiyini xatırladıb və onun bu bölgəyə səfər edən Türkiyə respublikasının ilk baş naziri olduğunu bildirib. Baş nazir Ərdoğan çıxışında göstərilən qəbula görə təşəkkür edərək iki dövlət arasında diplomatik əlaqələrin 41 il öncə qurulduğunu və 27 ildən sonra Çini ziyarət edən Türkiyənin ilk baş naziri olmağımdan qurur duyduğunu deyib.

Daha sonra Rəcəb Tayyib Ərdoğan və Vin Ciabao arasında təkbətək görüş başlayıb. Görüş mətbuata qapalı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə