Pakistan prezidenti Asif Əli Zərdari Dehlidə Hindistanın baş naziri Manmohan Sinqhlə görüşüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Zərdari danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinin müzakirə edildiyini deyib. Qeyd olunub ki, iki ölkə aralarındakı fikri ayrılıqlarını sülh yolu ilə həll etməlidir. Nüvə silahına malik iki ölkə 2008-ci ildə Mumbayda terror hücumlarından sonra münasibətlərin normallaşdırılmasına çalışır. Xatırladaq ki, Zərdari 2005-ci ildən sonra Pakistanın Hindistana səfər edən ilk dövlət başçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB