İran rəsmiləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ittihamlarına cavab veriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini İsmayıl Kəvsəri Ərdoğanın İranın dürüst olmaması ilə bağlı sözlərini belə dəyərləndirib: \"Təəssüf ki, Türkiyə rəsmiləri kifayət qədər dürüst deyil. Çünki öz sözlərini demirlər. Ankara bir növ dünya imperializminin vasitəçisinə çevrilib. Ərdoğan və Türkiyədəki digər qərar verən insanlar özləri qərar verə bilmirlər və onlara diktə edilənləri edirlər\".
Eyni Komissiyanın digər üzvü Hüseyin İbrahimi isə Ərdoğanın ifadələrinə belə qarşılıq verib: Əslində Ərdoğan dürüst deyil. O, mütəmadi olaraq raketdən müdafiə sisteminin İran üçün təhlükə olmadığını bildirir. Bu da onun dürüst olmadığını göstərir, çünki bu sistem məhz İrana qarşı qurulub\".
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranı qeyri-səmimilikdə günahlandırmışdı. Səbəb isə rəsmi Tehranın dünya ictimaiyyəti ilə İstanbulda danışıqlar aparmaq istəməməsidir.
Aprelin 6-da Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran danışıqların yeri kimi Dəməşq və ya Bağdadı göstərməklə vaxtı uzadır. Onun fikrincə, İran tərəfi Qərb nümayəndələrinin bu şəhərlərə getməyəcəyini yaxşı bilir.
İranın nüvə proqramı ilə bağlı danışıqların aprelin ortasında keçiriləcəyi gözlənilir. Lakin onun aparılacağı yer hələ müəyyən edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB