ABŞ prezidenti Barak Obama ölkəsinin İranın nüvə proqramını qəbul etməyə hazır olduğunu deyib, bir şərtlə ki, həmin proqram dinc məqsədlər üçün istifadə edilsin.
Dünya mediasına əsasən yayılan xəbərə görə, Birləşmiş Ştatların dövlət başçısı rəsmi Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını isbatlamalıdır. Bu halda Amerika İranın \"sülh atomu\"nu dəstəkləyəcək.
Nüfuzlu \"Vaşinqton post\"un yazdığına görə, B.Obama bu fikirlərini İrana şifahi formada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan vasitəsilə çatdırıb.
Qeyd edək ki, İran İslam Respublikası da dəfələrlə bildirib ki, urandan yalnız dinc məqsədlər üçün yararlanmaq niyyətindədir. MAQATE də dəfələrlə bildirib ki, ölkənin nüvə proqramında hər hansı təhlükəli məqam yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB