Yaponiyada güclü qasırğa 5 nəfərin ölümünə, 300 nəfərin xəsarət almasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, tələfat güclü küləyin bəzi tikintiləri və ağacları yıxması nəticəsində baş verib.
Qasırğa ölkənin şimal-qərb hissəsinə doğru hərəkət edir. Yapon dənizində yerləşən Sado adasında küləyin sürəti saniyədə 43,5 m çatır. Elektrik naqillərin qırılması ölkənin üç istiqamətinə dəmir yol hərəkatının dayanmasına səbəb olub, 10 000 nəfəri işıqsız qoyub. Əlverişsiz hava şəraiti səbəbilə ölkədaxili qatar səfərləri və 500-ə yaxın təyyarənin uçuşu təxirə salınıb. Meteoroloji rəsmiləri əhaliyə evdən bayıra çıxmamağı məsləhət görüb.
http://www.youtube.com/watch?v=NF9DpC13gIE&feature=player_embedded
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB