Meksikada 6,3 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ABŞ Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanlar Gerero və Oaxasa ştatlarının sərhədində 12,3 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin mərkəzi Akapulko şəhərinin 179 kilometrliyində yerləşib.
Yeraltı təkanlar paytaxt Mexikoda da hiss olunub. Şəhərdə ciddi dağıntılar baş verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB