Taylandda terror aktı: 7 ölü, 70 yaralı

Taylandda terror aktı: 7 ölü, 70 yaralı

Taylandın cənubundakı Yala şəhərində üç ayrı-ayrı yerdə terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, baş vermiş partlayışlar nəticəsində 7 nəfər ölüb, 70-dən çox adam isə yaralanıb. Partlayışlardan biri sərnişin avtobusunda, digərləri isə motosikletə qoyulmuş bombanın partlaması nəticəsində meydana gəlib. Qeyd edək ki, Taylandda 2004-cü ildən bu yana baş vermiş terror aktı nəticəsində ümumilikdə 5 mindən çox insan həlak olub.


Bütün xəbərlər Facebook səhifəmizdə