Suriyada itkin düşən türkiyəli jurnalistlərin silahlı qruplaşma tərəfindən saxlanıldığı müəyyənləşib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, itkin düşən jurnalistlərin suriyalı bələdəçiləri Bahəddin Şerm deyib ki, on gün ərzində Adəm Özköse və Həmid Coşkun ilə birgə məhbus həyatı yaşadım. Adəm və Həmid yaxşı vəziyyətdədirlər.
Şerm yaşanan hadisələri belə nəql edib: \"Martın 8-də İdlibin Binniş qəsəbəsinə yaxın bir bölgədəki çəkilişdən dönərkən təqribən 50 silahlı tərəfindən avtomobilimiz dayandırıldı. Adəm və Həmidlə birgə mən də həbs olundum. Harada və kimin əlində olduğumuzu bilmədiyimizdən narahat idik. Xüsusən Həmid çox qorxmuşdu. Onları azad etmədilər, amma mənim getməyimə icazə verdilər. Bunu rədd etdim. Yalnız türk yoldaşlarımla birlikdə gedəcəyimi söylədim. Adəm isə mənim qayıtmağımı istədi. Adəm \"ailə və dostlarımıza sağ olduğumuzu xəbər ver\" dediyi üçün israrına dözə bilmədim. Adəm və Həmid ailələrinə salam göndəriblər. Türkiyə hökumətinin bu məsələni həll edə biləcək gücdə olduğuna inanıram. Əgər istəsələr, mən bütün məlumatları verməyə hazıram. Yeri gəlmişkən, Adəm və Həmid şəxsiyyət vəsiqələrini, kompüter və çantalarını çəkilişə getməzdən əvvəl evimə qoymuşdular, bu əşyaları Türkiyəyə göndərməyə çalışacağam\".
Qeyd edək ki, 20 gün öncə itkin düşən Türkiyənin "Gerçək Həyat" jurnalının Yaxın Şərq müxbiri Adem Özköse və onu müşayiət edən operator Həmid Coşqunun suriyalı bələdəçiləri Bahəddin Şerm, Suriyaya sənədli film çəkmək üçün getmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB