Braziliyanın keçmiş prezidenti Luis İnasiu da Silvanın tibbi müalicəsi uğurla başa çatıb və o, xərçəng şişindən müalicə olunub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu haqda Braziliya həkimləri məlumat yayıb. Həkimlər hesab edirlər ki, kimya və radiasiya terapiyalarının tətbiqi müsbət nəticə verib. Martın 28-də dərc olunmuş tibbi rəydə deyilir ki, indi da Silva mütəmadi olaraq tibbi müayinədən keçməlidir. Onun nitq orqanlarının müalicəsi davam etdiriləcəkdir. Qeyd edək ki, Luis İnasiu da Silvanın 66 yaşı vardır və o, 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub. Da Silva Braziliyanın tanınmış siyasi xadimlərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB