Klinton Səudiyyə Ərəbistanında Suriyadan danışacaq

Klinton Səudiyyə Ərəbistanında Suriyadan danışacaq

ABŞ dövlət katibi Hillari Klinton 31 mart-1 aprel tarixləri arasında İstanbulda olacaq. SİA-nın məlumatına görə, Klinton martın 30-31-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcək, oradan Türkiyəyə gələcək. ABŞ Dövlət Departamentindən verilən açıqlamada Klintonun Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Abdullah və xarici işlər naziri Səud Əl Faysalla görüşəcəyi bildirilib. Klintonun Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurası-ABŞ Strateji Əməkdaşlıq Forumunun nazirlər səviyyəsindəki ilk toplantısında da iştirak edəcəyi qeyd edilib. Dövlət katibinin Səudiyyə Ərəbistanındakı görüşlərində bölgədə davam edən təhlükəsizlik sahəsində əməkdaşlıq və beynəlxalq birliyin Suriyadakı qətliamı dayandırma səyləri də daxil olmaqla ikitərəfli və regional məsələləsi müzakirə edəcəyi vurğulanıb.

Açıqlamada Klintonun 31 mart-1 aprel tarixlərində \"Suriyanın Dostları\" qrupunun ikinci toplantısı üçün İstanbula gələcəyi bildirilib: \"Bu toplantı dostlarımız, müttəfiqlərimiz və Suriya müxalifətinin Suriya xalqına qarşı qətliama son qoyulması və Suriyada demokratiyaya keçidin təmin olunması istiqamətindəki səyləri çərçivəsində atdığı növbəti addım olacaq\".

Klinton İstanbulda olduğu müddətdə xarici işlər naziri Əhməd Davudoğlu və digər liderlərlə görüşəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə