Liviyanın paytaxtı Tripolidən cənubda yerləşən Səbha şəhərində tayfalararası toqquşmalar nəticəsində son 3 gün ərzində azı 70 nəfər ölüb. Liviyanın keçid hökumətinin məlumatına görə, toqquşmalar zamanı 150 nəfər də yaralanıb.
Hökumət münaqişə zonasına 1500 hərbçi göndərib. Münaqişə yerli afrikalı Tabu tayfası ilə iki ərəb tayfası arasında yaranıb. Tayfalarla yerli rəsmilər arasında danışıqlar davam edir. Tabu tayfasının rəhbərləri rəqib tayfanın üzvünü öldürməkdə ittiham olunan şəxsi hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB