Roma papası ABŞ-ı tənqid etdi

Roma papası ABŞ-ı tənqid etdi

Papa XVI Benedik ABŞ-ın Kubaya tətbiq edilən 50 illik embarqosunu tənqid edib və bildirib ki, sərt iqtisadi tədbirlər Kubada sağlam cəmiyyət qurmağa imkan vermir. Havana aeroportunda Kuba lideri Raul Kastro ilə vidalaşan Roma papası Kuba hökumətini ölkədə insan haqlarını genişləndirmək barədə düşünməyə çağırıb və əlavə edib ki, hər bir vətəndaş ölkədə sağlam cəmiyyətin qurulmasında iştirak etmək imkanı qazanmalıdır.

Qeyd edək ki, Amerika ticarət embarqosu 1959-cu il inqlabından sonra tətbiq edilməyə başlayıb və Kubada Amerika şirkətlərinin Fidel Kastro hökuməti tərəfindən milliləşdirilməsindən 3 il sonra daha da gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə