Bir il 8 aylıq fasilədən sonra Yaponiyada edam hökmü həyata keçirilib. SİA-nın məlumatına görə, ölkənin ədliyyə naziri mətbuat konfransı zamanı bildirib ki, edam hökmü 3 cinayətkara tətbiq edilib. Hər 3 cinayətkar bir neçə insanı zorakılıqla qətlə yetirib.
Qeyd edək ki, bundan öncə 2010-cu ilin iyulunda Yaponiyada 2 nəfərə ölüm hökmü oxunub. Yaponiyada ölüm hökmü adətən bir neçə insanı qətlə yetirən cinayətkarlara tətbiq edilir.
Beynəlxalq hüquqmüafiə təşkilatları Yaponiyanı bu cəza növünü ləğv etməyə çağırırlar. Hazırda Yaponiyada ölümə məhkum olunmuş cinayətkarların sayı 120 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB