Tehranda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İslam Respublikası özünün nüvə proqramına sahib olmaq hüququna malikdir. İran mediası xəbər verir ki, baş nazir bu fikri İranın vitse-prezidenti Məhəmməd-Rza Rəhimi ilə görüşdən sonra səsləndirib.
"Heç kəs nüvə sənayesi dinc məqsədlərə yönələn İrana qarşı güc tətbiq etmək hüququna malik deyil", - deyən R.T.Ərdoğanın sözlərinə görə, dünyanın sağlam düşünən insanları atom enerjisini hərbi məqsədlər deyil, sülhü saxlamaq üçün istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB